• Bakı C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Los-Ancelesdə meşə yanğınları: Təbiət hadisəsi, yoxsa? - Hakimiyyət dəyişikliyi ərəfəsində baş verənlər...

DÜNYA

13 Yanvar 2025 | 14:17

Los-Ancelesdə meşə yanğınları: Təbiət hadisəsi, yoxsa? - Hakimiyyət dəyişikliyi ərəfəsində baş verənlər...

Bu ilin yanvarın 7-də Los-Ancelesdə baş verən meşə yanğınları dünyanın diqqət mərkəzində qalmaqdadır.

Bakıvaxtı.az-ın məlumatına görə, yanğınların episentri Pasifik-Paliseyds və Hollivud təpələri idi. 15 min hektardan çox ərazini əhatə edən yanğınlar nəticəsində 24 nəfər həlak olub, 13 nəfər itkin düşüb, 150 min insan təxliyə edilib, 12 mindən çox tikiliyə ziyan dəyib. Yanğından ilkin zərər və iqtisadi itkilərin 52-57 milyard dollar arasında olacağı açıqlanıb.

Hazırda davam edən yanğınlarla mübarizə üçün 7 ştat, Kanada və Meksikadan yanğınsöndürənlər cəlb olunub. Bəzi ekspertlərə görə, bu yanğın təbiət hadisəsi deyil və bilərəkdən törədilib.

Maraqlıdır ki, sözügedən yanğının təbiət hadisəsi olması real görünürmü?

Politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, geniş ərazini zəbt edən bu yanğının təbiət hadisəsi olması inandırıcı görünmür:

"Dünyanın iri şəhərlərində baş verən yanğınlarla bağlı müxtəlif versiyalar irəli sürülə bilər. Bu meşə yanğınları təbiət hadisəsi ola bilər, lakin bu şəkildə genişmiqyaslı yanğını təbiət hadisəsi ilə eyniləşdirmək çətindir. Xüsusən də qış ayında bu cür yanğınların baş verməsi maraqlı vəziyyətdir. Bəzi mütəxəssislər meşə yanğınına səbəb kimi ildırımın çaxmasını göstərsə də, digərləri bu hadisəni hansı müxtəlif növlü hərbi silahların və nüvə sınaqlarının nəticəsi kimi dəyərləndirir".

Samir Hümbətov: Xüsusən də qış fəslində bu cür yanğınların baş verməsi maraqlı vəziyyətdir

S.Hümbətov qeyd edib ki, bütün hallarda ekoloji tarazlıq pozulur və ekoloji çirklənmə artır. Bu, Yer kürəsinin gələcəyi üçün ciddi təhlükə yaradır.

"Nəzərə alaq ki, yanan ərazilərdə artıq bir neçə il ot da bitmir. Görünən odur ki, bu yanğınlar bitki və heyvan aləminin sıradan çıxması üçün hansısa qüvvələrin planlarına daxildir. Bu, yaxşı plana oxşamır. Xüsusilə də ABŞ-də hakimiyyət dəyişikliyi ərəfəsində bu hadisələrin yaşanması təsadüfi hala oxşamır. Bu, qlobal güclərin hansısa formada mesaj ötürməsi kimi xarakterizə oluna bilər. Meşə yanğınları dünyada güc balansında ciddi əl dəyişiminin nəticəsi ola bilər. Yanğının səbəbləri təfərrüatları ilə ictimaiyyətə açıqlanmadığı üçün müxtəlif versiyaların irəli sürülməsi başadüşüləndir", - deyə Samir Hümbətov vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR