• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə çağırıldı

DÜNYA

12 Fevral 2025 | 10:35

Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə çağırıldı

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və "Mülki müqavilə" partiyasının deputatı Qaqik Melkonyan məhkəməyə gəlməli olduqları barədə bildiriş alıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti məlumat yayıb.

Q.Arsenyan və Q.Melkonyan məhkəməyə onlara məxsus ərazilərdə, həmçinin "Mülki müqavilə" partiyasının ofisi yaxınlığında partlayıcı qurğuların quraşdırılması işi ilə əlaqədar çağırılırlar. İstintaq başa çatıb və materiallar məhkəməyə göndərilib.

İstintaqın versiyasına görə, şübhəli şəxs fevralın 20-də lideri Arsenyanın olduğu "Birləşmiş fəhlə partiyası"nın ofisindən 9 metr məsafədə əldəqayırma partlayıcı qurğu yerləşdirib. Daha bir bomba "Mülki müqavilə" partiyasının ofisi yaxınlığında tapılıb. Lakin mexanizmin nasazlığı səbəbindən qurğular işə düşməyib.

İş üzrə Dövlət Nəzarət Xidmətinin rəhbəri Romanos Petrosyan, Qaqik Melkonyan və Qurgen Arsenyan zərərçəkmiş kimi tanınıblar. Onlar ifadə vermək üçün məhkəməyə çağırılıblar. Lakin nəşrin məlumatına görə, bildirişə baxmayaraq, onlar iclaslara gəlmirlər.

Qeyd edək ki, bu iş üzrə "Daşnaksütyun" erməni inqilabi federasiyasının üzvü Qaqik Sarkisyan həbs edilib və onun həbs müddəti mütəmadi olaraq uzadılır.


SON XƏBƏRLƏR