• Bakı C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Sabiq vəkil daha bir dələduzluq hadisəsində ittiham olunur

DÜNYA

13 Yanvar 2025 | 15:32

Sabiq vəkil daha bir dələduzluq hadisəsində ittiham olunur

Azərbaycan əsilli sabiq vəkil Elman Paşayevə ikinci dələduzluq epizodu üzrə ittiham irəli sürülüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması məsələsinin həll olunduğu Moskva Qarnizon Hərbi Məhkəməsində elan olunan cinayət işinin materiallarında qeyd olunub.

"Sizə qarşı iş qaldırılıb və şübhəli şəxs elan edilirsiniz", - hakim bildirib.

İşdə zərərçəkmiş qismində iclasda iştirak etməyən Zaxarov soyadlı şəxs keçir.

Bildirilib ki, Paşayev heç bir epizod üzrə özünü təqsirli hesab etmir. Hərbi məhkəmənin iclası qapalı olacaq.


SON XƏBƏRLƏR