İsrail ordusu fələstinli məhbusları işgəncələrə məruz qoyur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Belə ki, İsrail ordusu əsgərlərinin Qəzzada saxlanılan fələstinliləri Neftali düşərgəsində və Negev həbsxanasında sistemli işgəncələrə məruz qoyduğu üzə çıxıb.
2023-cü ilin dekabr ayından həbsdə olan 45 yaşlı K.N. Fələstin Azadlıq Təşkilatına verdiyi məlumatda bildirib:
"Həbsdə olduğum gündən bədənimin sümükləri sındırılıb, etiraf almaq üçün ağır şəkildə döyüldüm. Qəzza yaxınlığındakı hərbi düşərgədə saxlanıldım".
Əli Hüseynov