• Bakı C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

BƏƏ Livandakı səfirliyini yenidən açacaq 

DÜNYA

13 Yanvar 2025 | 13:25

BƏƏ Livandakı səfirliyini yenidən açacaq 

Birləşmiş Ərəb Əmirlikləri Beyrutdakı səfirliyini yenidən açmaq üçün Livana nümayəndə heyəti göndərib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, BƏƏ-nin Beyrutdakı səfirliyinin yenidən açılması üçün hazırlıqlar çərçivəsində Livana bir heyət göndərildiyi bildirilib. 

Açıqlamada BƏƏ prezidenti Məhəmməd bin Zayedin Livan prezidenti Cozef Aun ilə telefon danışığından sonra bu istiqamətdə göstəriş verdiyi vurğulanıb: 

“Səfirliyin yenidən açılması iki ölkə və dost xalq arasında qardaşlıq münasibətlərini əks etdirir".

Qeyd edək ki, Livanın İnformasiya naziri Corc Kardahinin 2021-ci ilin oktyabrında Yəmənlə bağlı Səudiyyə Ərəbistanını tənqid edən açıqlamalarından sonra Əbu-Dabi administrasiyası diplomatlarını Beyrutdan geri çağırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR