• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Zelenski: Əgər ABŞ olmasa, Avropa bizə zəmanət verə bilməz

DÜNYA

12 Fevral 2025 | 09:33

Zelenski: Əgər ABŞ olmasa, Avropa bizə zəmanət verə bilməz

Ukraynanın prezidenti Vladimir Zelenski Kiyevdə Britaniyanın “The Guardian” qəzetinə müsahibə verib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna lideri Avropanın amerikalılar olmadan da təhlükəsizlik zəmanəti verə biləcəyini deyənlərin olduğunu, lakin bununla razılaşmadığını bildirib: 

“ABŞ-siz təhlükəsizlik real təhlükəsizlik zəmanəti deyil”.

Zelenski deyib ki, onun ölkəsi danışıqlara hazırdır, lakin Ukrayna bunu güclü mövqedən etmək istəyir. O əlavə edib ki, Trampı inandırmaq üçün Amerika şirkətlərinə gəlirli yenidənqurma müqavilələri və investisiya güzəştləri təklif edəcək.

"Bizə Ukraynanı xilas etməkdə kömək edənlər Ukraynanı öz biznesləri ilə yüksəldə bilər. Biz bütün bunlar barədə ətraflı danışmağa hazırıq",- deyə Ukraynanın dövlət başçısı əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR