"Apple" 2025-ci ilin sonunda "HomePod" mini və "Apple TV"nin yenilənmiş versiyalarını buraxmağı planlaşdırır.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu insayder Mark Qurman deyib.
Onun sözlərinə görə, sentyabr-noyabr ayları arasında yeni məhsulların buraxılması gözlənilir:
"Yeni qurğular "Apple"ın bu il üçün planlaşdırılan ilk tamhüquqlu ev mərkəzini, daha sonra isə "Face ID" və videomüşahidə sistemi olan interkomu özündə birləşdirən yenilənmiş ağıllı ev strategiyasının bir hissəsi olacaq. Yeni nəsil "HomePod" mini 2 və "Apple TV"də Wi-Fi və "Bluetooth"u Wi-Fi 6E dəstəyi ilə birləşdirən, daha sürətli və daha az gecikmə təmin edən "Apple"ın yeni çipini təqdim edəcək".
Bildirilib ki, cihazların 2025-ci ilin payızında buraxılması "Apple"a yeni "MacBook Air", "iPhone SE", "AirTag" və əsas model "iPad" kimi digər gözlənilən yeni məhsullarla üst-üstə düşməsinin qarşısını almağa imkan verəcək.
Gülşən Şərif