• Bakı C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

"Həmin məbləği yuxumuzda belə görmərik"

MƏDƏNİYYƏT

13 Yanvar 2025 | 16:40

Həmin məbləği yuxumuzda belə görmərik

Əməkdar artist Sənubər İsgəndərli yeni çəkilən filmlərin tənqid olunmasından danışıb.

Bakıvaxtı.az Axşam.az-a istinadən  xəbər verir ki, "Özəl" verilişində qonaq olan aktrisa Azərbaycanda lentə alınan filmlərin büdcəsinin az olduğunu deyib:

"İlk dəfə çəkildiyim "Kişi sözü" filmimdən 37 il keçib. Mən də, hamı, dünya da dəyişib. Bugünki şərtlər başqadır. Biz dünyaya açığıq. Dünyada kino sahəsində baş verənləri görəndə bizimkiləri müqayisə etmək istəmirəm. Onlar başqa maddiyatla çalışır. Onlarda olan texnika və maliyyə yuxumuza belə girən deyil. Biz qısıt maddiyat, belə texnika ilə nələrsə ortaya qoya biliriksə, alqışa layiqdir. Təşəbbüslər var: "Alatava", "Əqrəb mövsümü", "Vətəndaş A". Hansısa standartlara cavab vermir, amma təşəbbüs var. Bu məsələyə pozitiv baxıram. Bu işə canını qoyan, evini satıb pul qoyan, kreditə girənlər var. Sənəd naminə edilənləri görməməzlikdən gəlmək olmza".


SON XƏBƏRLƏR

13 Yanvar 2025