• Bakı 19° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Alim Qasımovun səhhətində problem yaranıb

MƏDƏNİYYƏT

06 Fevral 2025 | 14:09 | Müəllif: Əli Hüseynov

Alim Qasımovun səhhətində problem yaranıb

Xalq artisti Alim Qasımovun səhhətində problem yaranıb.

Bakıvaxtı.az olay-a istinadal xəbər verir ki, bu haqda xanəndə "İncə səhər" verilişinə müsahibəsində deyib.

A.Qasımov bildirib ki, onun ayağında revmatizm xəstəliyi yaranıb:

"Problem iki qanadlıdır. Uçur... Problem olur, düzəlir. Həyat belədir... Ayağım şişdi. İndi heç nə yoxdur. Soyuqdəymədən əmələ gəlib. Bizdə buna "yel" deyirlər. Həkimlər isə revmatizm. Həkimə getdim. Söylədilər ki, ayağınızda şiş var, amma üzündə heç bir şey görsənmir. Yeriyəndə rahatlığımı alıb. Bununla bağlı dərmanlar qəbul edirəm. Bir-iki gün yaxşı olur sonra yenə ağrılar başlayır. Ağrı lazımdır. Şükür Allahın məsləhətinə. O hər zaman ağrıları və xəstəlikləri mənimlə yoldaş edib. Ağrılar, xəstəliklər insanı insanlaşdırır və ürəyi kövrək edir". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026