• Bakı C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Ən çirkli əllərə malik millətlər AÇIQLANDI

CƏMİYYƏT

13 Yanvar 2025 | 16:33

Ən çirkli əllərə malik millətlər AÇIQLANDI

Avropalıların əl yuma vərdişləri haqqında Statista platformasında dərc olunmuş son məlumatlara əsasən, dünyanın ən çirkli əllərə sahib millətləri müəyyən edilib. Araşdırma göstərib ki, bəzi ölkələrin vətəndaşları hətta tualetdən çıxdıqdan sonra belə əllərini yumağa ehtiyac görmürlər. Türkiyə isə tualetdən sonra əl yuma göstəricisi ilə rekord nəticə göstərərək siyahıda diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, əl yumaq sadə gigiyena qaydası olsa da, Avropa ölkələrində bu vərdişlər arasında ciddi fərqlər olduğu məlum olub.

Məlumata görə, Hollandiyada vətəndaşların yarısı tualetdən sonra əllərini yumağı önəmsəmir. İtaliyada isə insanların 43 faizi əllərini sabunla yumağı rədd edir.

Siyahıda üçüncü yerdə isə İspaniya qərarlaşıb. Ölkə vətəndaşlarının 39 faizi tualetdən sonra əllərini yumur. Bu göstərici Fransa və Rusiyada isə müvafiq olaraq 38 və 37 faiz təşkil edir.

Növbəti sırada Avstriya və Latviya dayanır. Hər iki ölkənin əhalisinin 35 faizi əsas gigiyena qaydalarına əməl etmir.

Polşa bu məsələdə daha yaxşı vəziyyətdədir. Ölkə əhalisinin 68 faizi tualetdən sonra əllərini yuduqlarını bildirir. Çexiya və Ukraynada bu rəqəm 71 faizdir. Bolqarıstanda isə əhalinin 72 faizi əl gigiyenasına riayət edir.

İsveçrədə əl yuma göstəricisi 73 faiz təşkil edir. İrlandiya və Böyük Britaniya müvafiq olaraq 74 və 75 faizlə növbəti yerlərdə qərarlaşıb.

Finlərdə isə vəziyyət nisbətən yaxşıdır. Əhalinin 76 faizi tualetdən sonra əllərini yuyur. İsveç, Almaniya və İslandiya isə eyni göstəriciyə - 78 faizə malikdir.

Sırbistanda bu göstərici 83 faizdir. Rumıniyada 84 faiz, Kosovoda isə 85 faizdir.

Əl gigiyenasına ən çox diqqət yetirən iki ölkə Bosniya-Herseqovina və Türkiyədir. Bu ölkələrdə tualetdən sonra əl yuma faizi ən yüksək səviyyədədir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

13 Yanvar 2025