“Yad cisimlər arasında ən çox maqnit və batereyaların udulması təhlükə yaradır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi K Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev deyib.
Onun sözlərinə görə, maqnit 2-dən artıq udulubsa, bu zaman orqanizmdə bir-birinə yapışaraq bağırsaq divarının deşilməsinə səbəb olur.
Mütəxəssis nəzərə çatdırıb ki, batareyalarda isə əsas təhlükə onun içində olan civədir.
"Batareyenın içində olan civə mədəyə düşərək onun zədələnməsinə gətirib çıxarır".
U.Musayev bildirib ki, bu zaman zərərçəkən dərhal xəstəxanaya çatdırılmalı və yad cisim mədədən çıxarılmalıdır.
Onun sözlərinə göə, əgər yad cisim udulubsa və ya belə bir şübhə varsa, mütləq şəkildə həkimə getmək lazımdır. Retgen çəkilərək yad cisim müəyyən olunur. Əgər qida borusunda yad cisim 4-6 saatdan çox qalırsa, o zaman bu qida borusunun deşilməsinə səbəb olur. Əgər qida borusundan keçib mədəyə düşərsə, bir neçə gün sonra özü çıxır.
“Əgər müayinə zamanı mədə traktatında yad cisim aşkarlanır və valideyn nə zaman düşdüyünü bilmirsə, o zaman həmin yad cisim 14 gün müddətində izlənilir", - deyə Umud Musayev əlavə edib.
Mina Mikayılova