• Bakı 11° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Sevinc Osmanqızı ilə bağlı ibtidai istintaq başa çatdı

CƏMİYYƏT

02 Dekabr 2025 | 21:00

Sevinc Osmanqızı ilə bağlı ibtidai istintaq başa çatdı

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, ictimai fəallar - Abid Qafarov və Beydulla Manafovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakıaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, onların barəsində olan cinayət işi üzrə qiyabi ibtidai istintaq dekabrın 2-də tamamlanıb.

Təqsirləndirilən şəxslərə izah edilir ki, Cinayət Prosessual Məcəlləsinin 91, 284 və 285-ci maddələrinə əsasən cinayət işinin materialları ilə ayrı-ayrılıqda və yaxud müdafiəçi ilə birlikdə tanış olmaq, digər prosessual hərəkətlərlə bağlı vəsatətlər vermək, özünün seçimi ilə müdafiəçi ilə təmsil olunmaq və digər hüquqlara malikdir.

Təqsirləndirilən şəxslər və onların vəkillərinə 9 dekabr 2025-ci il tarixdən etibarən cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında şəriat yaradılacaqdır.

Həmçinin izah edilir ki, istintaqa gəlmədikləri halda Cinayət Prosessual Məcəlləsinin 467-13-cü maddəsinə əsasən qiyabi icraatda açılmış cinayət işi məhkəməyə göndərilə bilər və ya barəsində qiyabi hökmün, yaxud məhkəmənin digər yekun qərarının çıxarılması ilə nəticələnə bilər.

Qeyd edək ki, 18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Sevinc Mirzəyeva barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.


SON XƏBƏRLƏR