• Bakı 12° C

    11.05 m/s

  • USD - 1.7

    EUR - 1.9735

    RUB - 2.1877

Azərbaycanın yük maşınları ilə bağlı Gürcüstandan RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

02 Dekabr 2025 | 19:26

Azərbaycanın yük maşınları ilə bağlı Gürcüstandan RƏSMİ AÇIQLAMA

Mediada yayılan məlumata görə, Azərbaycanın tütün daşıyan yük maşınları Batumi və Tbilisidəki gömrük məntəqələrində 20 gündən çoxdur ki, süni şəkildə gözlədilir.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, belə bir hadisə baş verməyib və yalnız bir nəqliyyat vasitəsi gecikib.

"Yoxladım və belə bir hadisə baş verməyib. Bildiyim qədəri ilə yalnız bir nəqliyyat vasitəsi saxlanılıb. Bu da konkret bir səbəbdən baş verib. Hər hansı potensial çətinlikləri dostcasına müzakirə etməyə hazırıq", - deyə Kobaxidze qeyd edib.

Azərbaycan səfirliyi hadisəni təsdiqləyib və məsələni həll etmək üçün Gürcüstan tərəfi ilə işlədiklərini bildirib.


SON XƏBƏRLƏR