• Bakı C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Yad cisim udan uşaq hansı halda əməliyyat olunmalıdır?

CƏMİYYƏT

12 Fevral 2025 | 15:33

Yad cisim udan uşaq hansı halda əməliyyat olunmalıdır?

"Yuxarı tənəffüs yollara düşən bütün yad cisimlər əməliyyata göstərişdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi K Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev deyib.

Onun sözlərinə görə, ölçüsündən və formasından asılı olmayaraq tənəffüs yollarına düşən yad cisimlərin çıxarılması əməliyyat ilə mümkündür.

"Amma əsasən mədə traktatına düşən yad cisimlər əməliyyatla çıxarılır. Batareya, civə, maqnit kimi yad cisimlər dərhal çıxarılmalıdır".

U.Musayev deyib ki, yad cisimlərin udulması zamanı pediatr və uşaq cərrahına müraciət olunur.

Mina Mikayılova


SON XƏBƏRLƏR