• Bakı 18° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Ötən ay metroda sərnişinlərin 21 %-dən çoxu QR biletlə ödəniş edib

CƏMİYYƏT

12 Fevral 2025 | 16:27

Ötən ay metroda sərnişinlərin 21 %-dən çoxu QR biletlə ödəniş edib

Bu ilin yanvar ayı ərzində Bakı metrosundan 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub.

Bakıvaxtı.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu isə bütün ödənişli sərnişinlərin 21,14 %-i deməkdir.

Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131)

Yanvar ayı ərzində “Əlçatan metro” xidmətindən sağlamlıq və metrodan istifadə imkanları məhdud 60 sərnişin istifadə edib.


SON XƏBƏRLƏR

14 Mart 2025