Yanvarın 13-də Astanada keçirilən riyaziyyat, fizika və kompüter elmləri üzrə “IZhO – 2025” XXI Beynəlxalq Jautıkov Olimpiadasına start verilib.
Bakıvaxtı.az AzərTAc-a istinadla xəbər verir ki, Qazaxıstan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, olimpiadada müxtəlif ölkələrdən 700-ə yaxın məktəbli və 150 rəhbər iştirak edir. Azərbaycan da iştirakçı ölkələr sırasında yer alır.
Olimpiada beş gün davam edəcək və iki turdan ibarət olacaq. Tapşırıqlar mürəkkəbliyinə görə ixtisaslaşdırılmış siniflərin proqramına uyğundur və beynəlxalq münsiflər heyəti tərəfindən tərtib edilib.
Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Məqsəd tələbələr arasında fizika-riyaziyyat elmlərini təşviq etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, müxtəlif ölkələrin ixtisaslaşmış məktəbləri arasında dostluq əlaqələri qurmaq, təcrübə mübadiləsi aparmaqdır.