• Bakı C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Paşinyan Antonio Koşta ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib

DÜNYA

13 Yanvar 2025 | 17:15

Paşinyan Antonio Koşta ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib

Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə telefon danışığı aparıb.

Bakıvaxtı.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.

Baş nazir A.Koştanı yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Avropa İttifaqı Şurasının Prezidentini Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb.

N.Paşinyan Ermənistan-Aİ əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.

Tərəflər gələcəkdə münasib vaxtlarda dialoqu davam etdirməyi razılaşıblar.


SON XƏBƏRLƏR

13 Yanvar 2025