Rumıniya prezidenti Klaus İohannis istefa verdikdən sonra Senat sədri İlie Bolojan 4 mayda keçiriləcək prezident seçkilərinə qədər müvəqqəti olaraq vəzifəni icra edəcək.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadl xəbər verir.
Məlumata görə, Rumıniya Konstitusiya Məhkəməsi, 24 noyabr 2024-cü il prezident seçkilərinin ilk turunun nəticələrini ləğv etdikdən sonra yaranan siyasi böhran fonunda İohannisin 10 fevralda elan etdiyi istefa qərarını təsdiqləyib.
Buxarestdəki Cotroceni Sarayında keçirilən təhvil-təslim mərasimində vəzifəsini Bolojana təhvil verən İohannis, "Rumıniyaya yaxşı baxın" sözlərini işlədib.
Yeni prezidentin seçilməsi üçün seçicilər 4 mayda ilk tur, 18 mayda isə ikinci tur üçün səs verəcək.
Nuriyyə Musayeva