Yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
***
11:33
Qobustanda bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Qobustanda yerləşən zavodlardan birində qeydə alınıb.
İlkin məlumata görə, zavodda baş verən bədbəxt hadisə nəticəsində orada fəhlə işləyən iki Pakistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 2003-cü il təvəllüdlü Harı Prakash xəstəxanada ölüb.
Xəsarət alan digər Pakistan vətəndaşına tibbi yardım göstərilib və evə buraxılıb.
Fakt araşdırılır.