Rusiya-Ukrayna müharibəsində həlak olan Cəlilabad rayon sakininin nəşi Azərbaycana gətirilib.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya-Ukrayna cəbhəsində həlak olan 1999-cu il təvəllüdlü Hicran Dərya oğlu Əmənov Kazan şəhərində yaşayıb. Hicran Əmənov orada həbs edilib. Müvafiq qərara uyğun olaraq, həbsdən cəhbəyə göndərilib. H.Əmənov Rusiya ordusu sıralarında keçən ilin sonunda cəbhədə yaralanaq həlak olub.
Onun meyiti bu yaxınlarda cəbhə xəttindən götürülub və ailəsinə təhvil verilməsi üçün müvafiq prosedurlar aparılıb. H.Əmənovun nəşi bu gün anadan olduğu Şatırlı kəndində dəfn olunacaq.
Qeyd edək ki, H.Əmənov ailəli olub, bir övladı var.