Şimali Kipr Türk Respublikasının (ŞKTR) qurucusu və ilk prezidenti Rauf Raif Denktaş vəfatının 13-cü ildönümündə paytaxt Lefkoşadakı məqbərəsində anılıb.
Bakıvaxtı.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Denktaş üçün təşkil edilən mərasimdə onun ailəsi, ŞKTR prezidenti Ersin Tatar, Cümhuriyyət Məclisinin sədri Ziya Öztürkler, Baş nazir Ünal Üstel və digər dövlət rəsmiləri iştirak edib.
Mərasim prezident Ersin Tatar və Denktaşın ailəsinin abidəyə əklil qoymaları ilə başlayıb. Onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bayraqlar yarıya qədər endirilib.
Həmçinin, Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində qurucu prezident Denktaş üçün anma proqramı təşkil edilib.
Əli Hüseynov