Qusar rayonunda meşədən qadın meyiti tapılıb.
Bakıvaxtı.az bildirir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında stomatoloq kimi fəaliyyət göstərən həyat yoldaşının yanında tibb bacısı işləyən Nigar Şabanovanın meyiti şəhər yaxınlığındakı meşədə aşkar edilib.
Qeyd olunub ki, N.Şabanova iki gün əvvəl itkin düşüb. Onun iki azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır. /Report.az