Türkiyənin Azərbaycana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfirinin fəaliyyətə başlayacağı tarix bəlli olub.
Bu barədə Bakıvaxtı.az-a səfirliyin mətbuat müşaviri Cahangir İşbilir məlumat verib:
"Təyin edilmiş baş diplomatımız Birol Akgün fevral ayından etibarən vəzifə səlahiyyətlərini icra edəcək. Hazırda səfirin Bakıda olması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir".
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.
Əli Hüseynov