• Bakı C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Geomaqnit qasırğası gözlənilir?

CƏMİYYƏT

13 Yanvar 2025 | 18:46

Geomaqnit qasırğası gözlənilir?

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Bakıvaxtı.az-a bildirilib ki, Günəşin fəallığı nisbətən zəifləyəcək. Hazırda Günəş küləyinin sürəti normaldır.

Yanvarın 13-19-da C sinif alışmanın başvermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 40 faiz, X (R3) sinif alışmanın başvermə ehtimalı isə 10 faiz təşkil edir.

Günəş küləyinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yanvarın 14-15-də yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsinin sakit və qeyri-stabil səviyyələrdə olacağı proqnozlaşdırılır, geomaqnit qasırğası gözlənilmir.


SON XƏBƏRLƏR

13 Yanvar 2025