Dolların bahalaşması davam edir və avro dollar qarşısında 1,0208 səviyyəsinə düşüb. Bu göstərici 2022-ci ilin noyabrından bəri ən aşağı göstəricidir.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ iqtisadiyyatının digər ölkələrdən güclü olduğunu göstərən qeyri-kənd təsərrüfatı məşğulluğu məlumatları dolların digər valyutalara qarşı möhkəmlənməsinə səbəb olub.
Dollar indeksi 0,22 faiz artaraq 109,91-ə yüksəlib, bu da 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir. Avro ilə yanaşı, sterlinq də dollar qarşısında 14 ayın ən aşağı səviyyəsinə düşüb və 1,2138-ə enib.
Eyni zamanda, yen qarşısında dollar 0,18 faiz ucuzlaşıb.