Rusiya banklarında fiziki qızıl ehtiyatları 2024-cü ilin sonuna qədər əhəmiyyətli dərəcədə azalaraq 40 tondan aşağı düşüb.
Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumata görə, 2024-cü ildə pul ifadəsində bankların qiymətli metal ehtiyatları 23,6%, fiziki qızıl üzrə isə 46,4% (33 tondan çox) azalıb. Belə kəskin azalma böhran və pandemiya fonunda Rusiya banklarında qızılın həcminin 34,5 ton azaldığı 2020-ci ildən bəri ilk dəfə müşahidə olunub.
Qeyd edək ki, fiziki qızılla məşğul olan bankların dəqiq sayı məlum deyil. Lakin 2022-ci ilin fevral ayına qədər bu sahədə liderlər "Sberbank" , "VTB", "Qazprombank", "Rosselxozbank", "Otkritie Bank", "Sovcombank" və "Promsvyazbank" idi .
Gülşən Şərif