• Bakı 12° C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Fevralda Azərbaycanda gündəlik neft və kondensat hasilatının həcmi açıqlandı

İQTİSADİYYAT

13 Mart 2025 | 14:20

Fevralda Azərbaycanda gündəlik neft və kondensat hasilatının həcmi açıqlandı

Cari ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 77,5 min ton (584 min barel) olub.

Bakıvaxtı.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 63,1 min tonunu (465 min barel) xam neft, 14,4 min tonunu (119 min barel) kondensat təşkil edib.

Beləliklə, Azərbaycan fevralda OPEC kvotasından 84,4 % istifadə edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya görə, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74,259 min ton) təşkil edir.


SON XƏBƏRLƏR