• Bakı 10° C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Azərbaycan əhalisinin yanacaq xərcləri ARTIB

İQTİSADİYYAT

12 Mart 2025 | 12:42

Azərbaycan əhalisinin yanacaq xərcləri ARTIB

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 523,1 min manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 6,7 % çoxdur.

Ötən aylar ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9 milyard 241,2 milyon manatlıq, o cümlədən 5 milyard 66,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 milyard 174,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 6,2 % artıb.


SON XƏBƏRLƏR