• Bakı C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

"Qarabağ"la oyunda da xal qazanmaq istəyirik"

İDMAN

13 Yanvar 2025 | 15:41

Qarabağla oyunda da xal qazanmaq istəyirik

"Qarabağ"la oyunda da xal qazanmaq istəyirik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rumıniyanın FCSB komandasının futbolçusu David Mikulesku deyib.

23 yaşlı hücumçu Ukraynanın "Dinamo" (Kiyev) klubuna 1:2 hesabı ilə uduzduqları yoxlama görüşündən sonra yerli mətbuata açıqlama verib.

Rumıniyalı oyunçu fərqləndiyi üçün şad olduğunu bildirib:

"Amma təəssüf ki, hesabı bərabərlişdirə bilmədik. Komandaya kimlərin gəlməsinin fərqi yoxdur. Biz hamımız yaxşı oyunçuyuq. UEFA Avropa Liqasında "Qarabağ"la səfərdə üz-üzə gələcəyik, xal qazanmağa davam etmək istəyirik. Baxmayaraq ki, çoxları artıq pley-offa vəsiqə qazandığımızı deyir".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlayacaq. Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.


SON XƏBƏRLƏR