Türkiyənin kəşfiyyat xidməti və polisi Suriyada birgə əməliyyat nəticəsində Məhəmməd Dib Koralını saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, o, 2013-cü ildə Türkiyənin cənubunda 53 nəfərin həlak olduğu terror aktında iştirak edib.
Qeyd edək ki, 2013-cü il mayın 11-də Reyhanlı rayonunda (Hatay vilayəti) iki partlayış baş verib, nəticədə 53 nəfər həlak olub.
Ötən ilin dekabrında Türkiyədə terror aktının digər iştirakçısı - Cengiz Sertel saxlanılıb. İstintaqın məlumatına görə, o, Reyhanlıdakı terror aktında istifadə olunan partlayıcı maddəni Suriyadan Türkiyəyə keçirib.