Belçikanın paytaxtı Brüssel şəhərində 100 minə yaxın insan hökumətin büdcəni sosial müavinətlər və pensiyalarla bağlı ildə cəmi 3 milyard avro azaltmaq planlarına etiraz edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə aksiyanın təşkilatçıları - krallığın əsas siyasi partiyaları olan sosialistlər, liberallar və xristian demokratlarla əlaqəli ən böyük həmkarlar ittifaqı təşkilatı bildirib.
Polis hələlik etirazın miqyası ilə bağlı öz qiymətini verməyib.
Etirazçılar Ədliyyə Sarayı istiqamətində hərəkət edirlər.