• Bakı C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

PKK Suriyada yenidən canlanır: İran terror təşkilatına silah satacaq

DÜNYA

13 Yanvar 2025 | 16:50

PKK Suriyada yenidən canlanır: İran terror təşkilatına silah satacaq

İran Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxmaq üçün Suriyadakı PKK/YPG qruplaşmasına 1500 kamikadze təyyarəsi verməklə bağlı razılığa gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti xəbər verir.

İran nümayəndələri ilə terror təşkilatları arasında iddia edilən görüşün İraqda baş tutduğu və terrorçuların 2000 pilotsuz təyyarə tələb etdiyi bildirilir. Təsdiqlənməmiş hesabata görə, İran yalnız 1500 ədəd təmin edə biləcəyini bildirib.

Türkiyənin PKK-ya qarşı apardığı mübarizəyə baxmayaraq, Suriyada PKK yenidən daha da canlana bilərmi?

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Suriyada PKK artıq yenidən canlanmağa başlayıb. PKK-nın Suriyada destruktiv siyasətini davam etdirməsi təəssüf doğurur:

"PKK təkcə Türkiyəyə qarşı deyil, eyni zamanda Suriyanın yeni hakimiyyətinə qarşı çıxış edir və müxtəlif cəhdlərlə öz mövqeyini qorumağa çalışır. Baxmyaraq ki, yeni hakmiyyət müxtəlif siyasi qrupları və dəstələri silahları təhvil verməyə çağırır. PKK/YPG qruplaşması isə əksinə digər ölkələrə, xüsusən də Fransaya onları silahlandırması ilə bağlı çağırışlar edir".

İlqar Vəlizadə, politoloq

Politoloqun fikrincə, regionda sülhə nail olmaq üçün PKK-nın silahlandırılmasının qarşısını almaq vacibdir.

"PKK faktiki olaraq, Türkiyə, digər rəqibləri və yeni hakimiyyətə qarşı silahlandırılmağı tələb edir və apardıqları mübarizədə dəstək gözləyirlər. Bu, bir daha onu göstərir ki, PKK terror təşkilatıdır və onu yalnız tərki-silah etməklə regionda sülh və əmin-amanlığa nail olmaq mümkün ola bilər", - deyə İlqar Vəlizadə qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Yanvar 2025