Azərbaycanın iki klubu - "Qarabağ" və "Neftçi" Polşa təmsilçisi "Motor"da çıxış edən Samuel Mrazla maraqlanır.
Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Neftçi" ilə yanaşı, "Qarabağ"ın da diqqətindədir.
Slovakiyalı oyunçu Ağdam təmsilçisinin transfer siyahısında olsa da, bu, ölkə çempionu üçün prioritet deyil.
Qeyd edək ki, ötən ilin fevralında "Motor"a keçən Slovakiya millisinin sabiq üzvünün müqaviləsinin müddəti yayda başa çatmalıdır. Son olaraq 2022-ci ildə yığmaya cəlb olunan forvard millidə 5 matça çıxıb.
Samuel Mraz cari mövsümdə "Motor" forması ilə meydana çıxdığı 18 oyunda doqquz qol və üç assistə imza atıb.