• Bakı 10° C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum oldu

İDMAN

12 Fevral 2025 | 19:25

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum oldu

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, kişilərin yarışında Teymur Rəcəbov və Rauf Məmmədov rapid mübarizəsində də bərabərə qalıb. Armageddonda yarışan Rəcəbovla Məmmədovun duelində ikinci qələbə qazanıb.

Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib. Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub 1,5:0,5.

Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib 1,5:0,5.

Beləliklə sabah başlayacaq finalda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.

Landmark Biznes Mərkəzində keçirilən oyunlar saat 15-00-da başlayacaq.


SON XƏBƏRLƏR

19 Mart 2026