• Bakı 13° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Avropa Liqası: "Fənərbağça" mübarizəni dayandırdı

İDMAN

14 Mart 2025 | 05:31

Avropa Liqası: Fənərbağça mübarizəni dayandırdı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” Şotlandiyada cavab oyununa çıxıb. İstanbul təmsilçisi evdə 1:3 hesabı ilə uduzduğu "Reyncers"lə bu dəfə səfərdə üz-üzə gəlib.

Matçın əsas vaxtı qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. "Fənərbağça"nın heyətində Sebastyan Şimanski dubl müəllifi olub. Əlavə vaxtda qapılara qol vurulmayıb. Ümumi hesab bərabər (3:3) olduğundan qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (3:2) oynayan meydan sahibləri növbəti mərhələyə adlayıblar.

"Reyncers"lə yanaşı, "Mançester Yunayted", "Atletik", "Ayntraxt", "Latsio", "Budyo Qlimt", "Lion" və "Tottenhem" klubları da 1/4 finala yüksəliblər.

UEFA Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

13 mart

21:45. “Atletik” (İspaniya) - “Roma” (İtaliya) - 3:1

İlk oyun - 1:2

21:45. “Latsio” (İtaliya) - “Viktoriya” (Çexiya) - 1:1

İlk oyun - 2:1.

21:45. “Ayntraxt” (Almaniya) - “Ayaks” (Niderland) - 4:1

İlk oyun - 2:1.

21:45. “Olimpiakos” (Yunanıstan) - “Budyo Qlimt” (Norveç) - 2:1

İlk oyun - 0:3.

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) - 4:1

İlk oyun - 1:1.

00:00. “Tottenhem” (İngiltərə) - "AZ Alkmaar" (Niderland) - 3:1

İlk oyun - 0:1.

00:00. “Reyncers” (Şotlandiya) - “Fənərbağça” (Türkiyə) - 0:2 (Penaltilər seriyasında - 3:2)

İlk oyun - 3:1

00:00. “Lion” (Fransa) - FKSB (Rumıniya) - 4:0

İlk oyun - 3:1.

Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 10-da start veriləcək.


SON XƏBƏRLƏR

13 Mart 2025