• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının prezidentini qəbul edib

İDMAN

12 Fevral 2025 | 19:41

Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının prezidentini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının prezidenti Sven Serreni qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı ölkəmizdə badminton idman növünün inkişafı istiqamətində görülən işlər, hazırkı vəziyyəti, qarşılıqlı əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov da iştirak edib.


SON XƏBƏRLƏR

02 Iyul 2025