• Bakı C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Azərbaycan millisi sınaq matçında qələbə qazandı

İDMAN

12 Fevral 2025 | 18:56

Azərbaycan millisi sınaq matçında qələbə qazandı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi yoxlama oyunu keçirib.

Bakıvaxtı.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Emil Usubov (67), Emil Həsənov (70) və Əhməd Vəliyev (85) vurublar.

Qeyd edək ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf Kuboku turnirində iştirak edəcək.


SON XƏBƏRLƏR