• Bakı C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Trüdonun istefası nəylə bağlıdır? - Tramp hələ birinci dəfə seçiləndə...

DÜNYA

13 Yanvar 2025 | 16:23

Trüdonun istefası nəylə bağlıdır? - Tramp hələ birinci dəfə seçiləndə...

"Kanadanın Baş naziri Castin Trüdonun istefa qərarını birbaşa ABŞ prezidenti Donald Trampın Kanada ilə bağlı çağırışına bağlamaq doğru olmaz".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Trüdo Kanadada nüfuzunu tamamilə itirmişdi və bilirdi ki, öz partiyasının qurultayında onu istefaya göndərəcəklər:

"Ona görə də qabaqlayıcı bir addım atdı. Amma o, partiya rəhbərliyindən gedib, baş nazir kimi hələ qalır. Yeni baş nazir seçiləndən sonra postunu təhvil verəcək. Böyük ehtimal ki, yeni seçkilərdə onun partiyası da uduzacaq”.

Musabəyov bildirib ki, Trampın çağırışları təzə deyil. Dediyinə görə, Qrenlandiya ilə bağlı Tramp hələ birinci dəfə seçiləndə ciddi şəkildə Danimarkadan Qrenlandiyanı ABŞ-yə satmağı təklif etmişdi. Ancaq xoşagəlməz cavab aldıqdan sonra öz səfərini təxirə saldı:

“Təzə konstitusiyaya görə, ümumiyyətlə Qrenlandiyanın Danimarkadan ayrılmaq hüququ var. Qrenlandiyada vur-tut 20-25 min ailə yaşayır. Onlar ildə təxminən 0.5 milyard avro Danimarkadan subvensiya alırlar. Sabah Tramp desə ki, Qrenlandiyaya 1 milyard dollar verəcək, bu məsələni həll edə bilər. Onsuz da Qrenlandiyanın təhlükəsizliyi, ticarəti ABŞ-yə bağlıdır. Qrenlandiya balaca bir yerdir. Bənzər yerlər Sakit okeanda da var. Ştat olmasalar da, ABŞ-nin sıx müttəfiqləri statusu ilə yaşayırlar".

Rasim Musabəyov, deputat

Deputat qeyd edib ki, Tramp seçki zamanı bir çox vədlər verib, məsələn, benzinin qiymətinin düşəcəyini, ucuzlaşma olacağını, miqrantları kütləvi şəkildə deportasiya edəcəyini demişdi. Amma bunlar mümkün deyil:

"Görünür, Qrenladiya məsələsi Trampa səs vermiş adamları əvvəlki vədlərdən yayındırmaq, unutdurmaq üçün ortaya atılıb. Bir şey tamamilə aydındır ki, əvvəlki dünya düzəni dəyişməkdədir. Güc faktoru irəliyə gedir. Tramp deyir ki, Kanadaya hər il 200 milyard dollar sərf edilir. Bununla yanaşı, Kanada ərazisindən ABŞ-yə sintetik narkotik maddələr gətirilir. İl ərzində 1 milyondan çox miqrant qanunsuz olaraq Kanada ərazisindən ABŞ-yə daxil olur. Çünki sərhəd yoxdur. Liberal Kanada kim gəlirsə, ölkəyə qəbul edir, onlar da Amerikaya keçirlər. Tramp da buna dözməyəcəyini deyir".

Aydın Baxış


SON XƏBƏRLƏR

13 Yanvar 2025