Türkiyənin "Fənərbağça" klubu Superliqanın XIX turunda qələbə qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, səfərdə "Konyaspor"un qonağı olan İstanbul təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
"Sarı-lacıvərdlilər"in heyətində Mert Müldür (14), Çağlar Söyüncü (25) və Duşan Tadiç (61) fərqlənib. Meydan sahiblərinin heyətində isə Pedrinyo (1) və Blaz Kramer (44) dəqiq zərbə müəllifi olub.
42 xalı olan "Fənərbağça" 50 xala malik lider "Qalatasaray"ın ardından ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə 36 xalla "Samsunspor" qapayır.