• Bakı C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Dollar ən yüksək səviyyəyə QALXDI

İQTİSADİYYAT

13 Yanvar 2025 | 20:04

Dollar ən yüksək səviyyəyə QALXDI

Bu gün dolların məzənnəsi əsas dünya valyutalarına nisbətdə son iki ilin maksimumuna çatıb.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, dollar indeksi 2022-ci il 10 noyabr tarixindən bəri ilk dəfə 110 baldan yuxarı olub.

Artımın əsas səbəbi ABŞ-da məşğulluqla bağlı məlumatların dərc edilməsi olub. Yeni iş yerlərinin sayı analitiklərin gözləntilərini üstələyib ki, bu da Federal Ehtiyat Sistemini (FES) faiz dərəcələrini yavaşlatmağa vadar edə bilər.

Bundan əlavə, dollar avroya və İngiltərə funtuna nisbətdə son iki ilin zirvəsinə çatıb. Bu proses ABŞ-da Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra başlayıb. Bazar gözləyir ki, siyasətçi vəd edilən ixrac rüsumlarını tətbiq etməyə və vergiləri azaltmağa başlayacaq ki, bu da inflyasiyanı sürətləndirəcək və nəticədə faiz dərəcələrinin azalması dayanacaq.


SON XƏBƏRLƏR

13 Yanvar 2025