• Bakı C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

Avropa Komissiyasının rəhbəri xəstəxanadan evə buraxıldı

DÜNYA

13 Yanvar 2025 | 17:12

Avropa Komissiyasının rəhbəri xəstəxanadan evə buraxıldı

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen xəstəxanadan evə buraxılıb.

Bakıvaxtı.az
"TASS"-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu məlumat verib.

Məlumata görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen pnevmoniya diaqnozu ilə bir həftədən çox xəstəxanada qaldıqdan sonra evə buraxılıb.

Pinyunun sözlərinə görə, fon der Lyayen yanvarın 2-də həkim müayinəsindən sonra xəstəxanaya yerləşdirilib və yanvarın 10-na qədər orada müalicə alıb. Hazırda o, Almaniyadakı evində sağalma prosesini davam etdirir.

Fon der Lyayenin nə zaman işə qayıdacağı hələ məlum deyil. Yanvarın 3-də Avropa Komissiyasının digər nümayəndəsi Stefan de Keersmaker onun ağır pnevmoniya formasına yoluxduğunu bildirmişdi. Bu səbəbdən yanvarın 9-10-na planlaşdırılan Avropa Komissiyasının iclası daha sonrakı tarixə təxirə salınıb.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

13 Yanvar 2025