2024-cü ildə "Tesla" ilk dəfə qlobal avtomobil satışlarında Almaniyanın "Audi"ni geridə qoyub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" şirkətin hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, 12 ay ərzində Almaniyanın "Audi" markalı avtomobili 1,67 milyon ədəd satılıb. Satışların azalması illik müqayisədə 12 faiz təşkil edib.
Bildirilib ki, "Audi" satışları Almaniya, Çin və Şimali Amerika da daxil olmaqla bütün dünyada azalıb.
İstehsalçılar satışların azalmasına cavab olaraq istehsalı azaltmağa başlayıblar və "Q8 e-tron" elektrik avtomobilinə tələbatın az olması səbəbindən Brüsseldəki zavodu bağlamağı planlaşdırırlar.
İlon Maskın şirkəti isə tədarüklərin azalması fonunda 1,79 milyon avtomobil satıb.
2024-cü ildə "Tesla" kiçik fərqlə Çinin "BYD Co." üzərindəki liderliyini qoruyub saxlayıb.
Mina Mikayılova