• Bakı C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.736

    RUB - 1.668

 Ən sağlam 6 içki - SİYAHI

CƏMİYYƏT

13 Yanvar 2025 | 17:33

 Ən sağlam 6 içki - SİYAHI

Sağlam həyat tərzinin əsas şərtlərindən biri şübhəsiz ki, sudur. İnsan orqanizmi üçün əvəzolunmaz hesab edilən suyun ardınca isə mütəxəssislər müxtəlif faydalı içkilərin də mütləq şəkildə rasionda yer almasını tövsiyə edirlər. 

Bakıvaxtı.az sudan sonra gələn gələn ən sağlam 6 içkini təqdim edir:

1. Tərəvəz Şirəsi

Tərəvəz şirələri, sağlam içkilər siyahısında suyun dərhal ardından gəlir. Meyvə şirələrinə nisbətən daha az şəkər tərkibinə malik olan tərəvəz şirələri qan şəkərinin tarazlanmasına kömək edir. Eyni zamanda enerji verici xüsusiyyəti ilə də ön plandadır. Lakin tam tərəvəz istehlakının yerini tutmadığını unutmamaq vacibdir.

2. Meyvə Şirəsi

Təbii meyvə şirələri enerji ehtiyacını ödəməklə yanaşı, bədən üçün zəruri olan təbii şəkəri təmin edir. Lakin yüksək şəkər tərkibinə görə meyvələrin özünü istehlak etmək daha tövsiyə olunur. Mütəmadi və balanslı şəkildə meyvə şirəsi içmək faydalıdır.

3. Kefir

Bağırsaq sağlamlığını dəstəkləyən probiotiklərlə zəngin olan kefir, süd məhsullarının ən faydalı formalarından biridir. Gündə bir çay stəkanı qədər kefir istehlakı həzm sistemini tənzimləmək və immuniteti gücləndirmək üçün tövsiyə olunur.

4. Çay

Çay sadəcə bitkilərin dəmlənməsi ilə əldə edilən sudur. Lakin tərkibindəki tein maddəsi onun sudan fərqləndirici xüsusiyyətidir. Təzyiqə nəzarət etmək üçün bu maddənin istehlakı diqqətlə tənzimlənməlidir. Təbii bitki çayları ilə müxtəlif xəstəliklərdən qorunmaq mümkündür.

5. Süd

Süd, əzələlərin və sümüklərin möhkəmlənməsində mühüm rol oynayan içkidir. Kalsium və maqneziumla zəngin olan süd, xüsusilə uşaqların inkişafı üçün əvəzsiz faydalar təqdim edir.

6. Hindqozu Suyu

Bu siyahının ən maraqlı içkisi hindqozu suyudur. Tərkibindəki elektrolitlər, maqnezium, kalium və C vitamini sayəsində həm bədəni sərinlədici təsir göstərir, həm də sağlamlıq baxımından çox faydalıdır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

13 Yanvar 2025