MMA üzrə Mütləq Döyüş Çempionatı (UFC) ABŞ-nin Los-Anceles şəhərində keçirilməyə bilər.
Bakıvaxtı.az "Bloody Elbow" nəşrinə istinadən xəbər verir ki, bu barədə UFC-nin baş direktoru Deyna Uayt açıqlamasında bildirib.
O, meşə yanğınları ilə bağlı vəziyyət pisləşəcəyi təqdirdə, UFC 311-in Las-Veqasda təşkilini təklif edib:
"Yanğın daha da pisləşsə, biz Las-Veqasa gedəcəyik. Amma hələlik hər şey olduğu kimi qalır".
Turnirin yanvarın 19-na keçən gecə baş tutacağı gözlənilir.
Qeyd edək ki, yanvarın 4-dən ABŞ-də davam edən meşə yanğınlarında ən azı 24 nəfərin öldüyü bildirilib.