• Bakı C

    10.63 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Hakan Fidan: Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir

DÜNYA

14 Dekabr 2024 | 21:05

Hakan Fidan: Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir

Suriyadakı sabitlik bütün dünya üçün əhəmiyyətlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyada Suriya ilə bağlı keçirilən mətbuat konfransında çıxışında deyib.

O bildirib ki, Suriyanın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır: “Terrorun keçid dövründən sui- istifadə etməsinə imkan verməməliyik. Əvvəlki səhvlərdən dərs çıxarmalıyıq. Qarşıdakı dövr asan olmaya bilər. Amma biz Türkiyə olaraq Suriyanın yanında olacağıq”.

H.Fidanın sözlərinə görə, Suriya xalqı təhlükəsiz və azad yaşamağa layiqdir.

Nazir həmçinin bildirib ki, Türkiyə Suriyada terrorçulara qarşı mübarizəni davam etdirəcək.


SON XƏBƏRLƏR

14 Dekabr 2024