Qudauri kurort zonasında hind restoranında 12 nəfərin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölən 12 nəfərdən 11-i xarici ölkə, biri isə Gürcüstan vətəndaşıdır.
Qeyd olunub ki, meyitlərdə heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.