• Bakı 30° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Kəmaləddin Heydərov əmr imzaladı

CƏMİYYƏT

14 Dekabr 2024 | 15:44

Kəmaləddin Heydərov əmr imzaladı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin (NRFTDA) rəisi Nicat Əliyev vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Murad Paşayev təyin olunub.

Qeyd edək ki, Nicat Əliyev 2022-ci ilin noyabr ayında sözügedən vəzifəyə təyin edilib. Nicat Əliyev həmçinin Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb. /Qaynarinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026