• Bakı C

    10.63 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Bu üç ölkə Fransaya qarşı razılaşdı

DÜNYA

14 Dekabr 2024 | 19:17

Bu üç ölkə Fransaya qarşı razılaşdı

Mali, Burkina-Faso və Niger Qərbi Afrika Dövlətləri İqtisadi Birliyini (ECOVAS) tərk etmək barədə qərarlarının qəti olmasını bir daha təsdiq ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama Nigeriyanın paytaxtı Abuca şəhərində keçiriləcək ECOVAS Sammitindən iki gün qabaq Niamey şəhərində keçirilən üç ölkənin xarici işlər nazirlərinin görüşü zamanı verilib.

Onlar təşkilatdan çıxış mexanizmləri barədə razılığa gəlmək məqsədilə müzakirələri davam etdirmək niyyətində olduqlarını bildiriblər.

Qeyd edilməlidir ki, bu ilin yanvar ayında adıçəkilən üç dövlət Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini və ECOVAS-ı tərk edəcəklərini elan ediblər. Onlar ECOVAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət hesab edirlər.


SON XƏBƏRLƏR

14 Dekabr 2024