• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bəşər Əsədə Rusiyada dövlət mühafizəsi ayrılıb?

DÜNYA

15 Dekabr 2024 | 00:16 | Müəllif: Subhan Mahmudov

Bəşər Əsədə Rusiyada dövlət mühafizəsi ayrılıb?

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin verilməsi ilə bağlı məlumatı təsdiqləməyib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Narışkin bildirib ki, o, Yaxın Şərq ölkəsinin keçmiş prezidentinin Rusiyada olarkən dövlət təhlükəsizliyi ilə təmin olunub-olunmadığını bilmir.

Dekabrın 8-də Bəşər Əsəd prezident postundan istefa verib və Suriyanı tərk edib. Bu, silahlı müxalifət və "Həyat Təhrir əl-Şam" yaraqlılarının Dəməşqə daxil olub prezident sarayının zəbt edilməsindən sonra baş verib. Hazırda Əsəd ailəsi ilə birlikdə Moskvadadır. /lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR