İran Prezidenti Məsud Pezeşkian 19 dekabrda baş tutacaq D8-in toplantısında iştirak üçün Misirə gedəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Middle East News” İrandakı mənbəyə istinadən məlumat yayıb.
Pezeşkianın inkişaf etməkdə olan ölkələrin sammiti çərçivəsində ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da 19 dekabrda Misirə səfər edəcəyi barədə məlumat yayılıb. Hər iki liderin sammit çərçivəsində bir araya gələrək, Suriyadakı hadisələri müzakirə edəcəyi gözlənilir.
Xatırladaq ki, D8-ə Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə daxildir.